“Azadlıq-2015” seçkini boykot etməyəcək – Partiyaların qərarı

“Azadlıq-2015” seçkini boykot etməyəcək –


“Azadlıq-2015” bloku parlament seçkilərində iştirak edib-etməməsi məsələsinə yenidən baxacaq.

Bu barədə AzNews.az-a bloka daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. Partiya sədri qeyd edib ki, “Azadlıq-2015” blokunun bu günə təyin olunan iclasında seçkilərin boykot edilməsi məsələsi müzakirə olunub: “Partiyalar bu məsələni ayrı-ayrılıqda müzakirə edib. Onların əksəriyyətinin ümumi rəyi belə oldu - parlament seçkilərində iştirak edək. Amma boykot məsələsinə yenidən baxılacaq”.

Ə.Əliyev qeyd edib ki, əsas narazılıqlar namizədlərin qeydəalma prosesində başlayır: “Ona görə də belə qərara alındı ki, namizədlərin qeydəalma mərhələsi izlənilsin, yaranan vəziyyət dəyərləndirilsin və sonra qərar verilsin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...