Daxili İşlər Nazirliyində kütləvi ixtisar? - 140 işçiyə 4 gün möhlət

Daxili İşlər Nazirliyində kütləvi ixtisar? -


Daxili İşlər Nazirliyi Çevik Polis Alayında kütləvi ixtisarlar başlayıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, ÇPA-dan 140 nəfərin işdən azad olunacağına dair əməkdaşlara xəbərdarlıq edilib. Qərar onların fiziki göstəricilərinin DİN orqanları əməkdaşlarına uyğun olmaması ilə əsaslandırılıb. Alay Komandirinin Şəxsi Heyət üzrə müavini, polis polkovniki Rəcəb Rəcəbov ÇPA əməkdaşlarına 4 gün möhlət verib. Məlumatda qeyd olunur ki, ixtisarlara səbəb polis əməkdaşlarının boylarının standartlara uyğun olmaması göstərilir. Bundan başqa bir neçə il öncə pensiya yaşına çatan və hər hansı səbəbdən xidmətdə vəzifəsinə davam edən bir çox polis əməkdaşı da təqaüdə göndərilib.

Polkovnik Rəcəb Rəcəbov "Qafqazinfo" ilə əlaqə saxlayaq bildirib ki, məlumat tamamilə yanlışdır və ixtisarlarla bağlı heç bir əməkdaşa xəbərdarlıq olunmayıb: "Kimsə yaşına, intizamsızlığına görə işdən çıxarıla bilər, lakin fiziki göstəricilərlə bağlı heç kəsə xəbərdarlıq edilməyib və işdən çıxarılmayıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
990 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...