SOCAR Ukraynada maye qaz satışını 3,5 dəfə artırıb

SOCAR Ukraynada maye qaz satışını 3,5 dəfə artırıb


Ukraynanın "A-95" konsaltinq qrupu Ukraynada maye qazla işləyən mühərriyi olan avtomobillərin sayının artdığını açıqlayıb. "Report"un "OilNews"a istinadən verdiyi xəbərə görə, ekspertlər qaza keçən sürücülərin sayının daha çox ola biləcəyini qeyd edirlər.

Məlumata görə, hesablamalar əsas qaz satışı şəbəkələrində satış həcminin dəfələrlə artdığını göstərir. SOCAR bir il əvvələ nisbətən 3,5 dəfə, OKKO 86%, WOG isə 107% daha çox qaz satıb. "Privat" şəbəkəsi ("Ukrnafta", "Ukrtatnafta", "Avias" və ANP) yayın sonuncu ayında 11,8 min ton qaz satıb ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 17% çoxdur. Hesabata görə, bəzi qazdoldurma stansiyalarında nağd və çeksiz qaz satılır. Onlar arasında "Marshal", "Bars 2000" və s. adı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...