Bakıda 8-ci mərtəbədən düşən qızın vəziyyəti yaxşılaşıb - TƏFƏRRÜAT

Bakıda 8-ci mərtəbədən düşən qızın vəziyyəti yaxşılaşıb -


Bakıda 8-ci mərtəbədən düşən qızın vəziyyəti yaxşılaşıb. Bu barədə APA-ya qızın atası Azər Qasımov məlumat verib. Onun sözlərinə görə, qızı Şərqiyyə Qasımovanın intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atması barədə yayılan məlumatlar doğru deyil: “Qızım intihar etmək istəməyib. O, toyuna hazırlaşırdı. Qızım nişanlı idi və hadisədən bir gün sonra toyu olacaqdı. Evdə də toya hazırlıq gedirdi və qızım pəncərəni siləndə ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. Xoşbəxtlikdən sağ qalıb. Bu, möcüzə idi. Şükürlər olsun ki, vəziyyəti artıq yaxşılaşıb və həyatı üçün təhlükə yoxdur”.

Qeyd edək ki, hadisə oktyabrın 2-də Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2A, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Şərqiyyə Azər qızı Qasımova yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. İlkin olaraq polisdən onun intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atdığı bildirilsə də, fakt təsdiqini tapmayıb və qızın ehtiyatsızlıqdan yıxıldığı məlum olub. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1049 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...