Donetskdə avtomobili partladılan azərbaycanlı iş adamı həlak olub

Donetskdə avtomobili partladılan azərbaycanlı iş adamı həlak olub


Ukraynanın Donetsk vilayətində azərbaycanlı iş adamı, keçmiş dövlət məmuru separatçılar tərəfindən avtomobilində partladılaraq öldürülüb.

Donetsk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs 1954-cü il təvəllüdlü Ukrayna vətəndaşı Mamedov Oleq Nəsib oğludur.

O. Mamedov oktyabrın 7-də axşam saatlarında Donetsk vilayəti ərazisindəki şose yolunda şəxsi avtomobili ilə hərəkət edərkən qumbaraatanla atəşə tutulub. Avtomobilin partlaması nəticəsində o, həlak olub. Onun meyiti Ukrayna əsgərlərinin müşayiəti ilə ərazidən çıxarılıb və Donetsk şəhəri ətrafında dəfn olunub.

O. Mamedov 1980-90-cı illərdə Luqansk vilayətində kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə çalışıb, son dövrlər isə şəxsi biznesi ilə məşğul imiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
900 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...