Osmanı Kazımovun namizədliyini qeydə almadi

 Osmanı Kazımovun namizədliyini qeydə almadi


Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 84 saylı Füzuli Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Müsavat Partiyasının Divan üzvü, vəkil Osman Kazımovun namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Qabil Orucov deyib ki, DSK O. Kazımov mülkiyyətində olan 4 avtomobil barədə məlumat təqdim etmədiyi üçün onun namizədliyini qeydə almayıb.

MSK İşçi Qrupunun apardığı araşdırma zamanı bu fakt təsdiqini tapıb. İclasda iştirak edən O. Kazımov 4 yox, 3 avtomobilləri olduğunu, avtomobillərin həyat yoldaşının adına olduğunu, DSK sədrinin ailənin birgə mülkiyyəti olan avtomobillərlə bağlı təqdim etdiyi məlumatı qəbul etmədiyini, bunun gərəksiz olduğunu söylədiyini bildirib.

MSK sədri Məzahir Pənahov isə deyib ki, bir hüquqşünas kimi O. Kazımov bu avtomobillərlə bağlı məlumat təqdim etməsi barədə məlumatlı olmalı idi. O, həmçinin vəkilin həmin ərəfədə MSK-ya müraciət edə biləcəyini də xatırladıb.

Məsələ səsverməyə çıxarılıb, MSK DSK-nın qərarını qüvvədə saxlayıb, O. Kazımovun namizədliyi qeydə alınmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...