Kral Salman “AST Telman”ın qonağı olacaq

Kral Salman “AST Telman”ın qonağı olacaq


Antalyanın ən yaxşı turizm bölgələrindən olan Bələk bu ilin noyabrında dünyanın ən güclü qorunan nöqtəsinə çevriləcək
“Böyük-20-lər”in sammitində ABŞ prezidenti Obamadan Almaniya kansleri Merkelə qədər dünya liderlərini qarşılayacaq Antalyanın lüks otelləri No:1 qonaqlar üçün hazırdır. Türkiyənin “Hürriyet” qəzeti yazır ki, noyabrın 15-16-da akkreditasiyası olmayan heç kim Bələkə daxil ola bilməyəcək.


Sammit beşulduzlu “Regnum Carya Resort Hotel”də keçiriləcək. Hər ehtimala qarşı toplantılar üçün daha bir otel də ehtiyatdadır. Həmin günlərdə otellərə müştəri qəbul edilməyəcək. Yalnız dünya liderləri və ölkələrin nümayəndələri Bələkdəki otellərdə qala biləcəklər. Qəzet yazır ki, liderlərə “first class” xidmət göstəriləcək. Dünya liderləri ultralüks kral otaqları olan VİP villalarda qalacaqlar. Bu villalarda bir gecənin qiyməti 2-30 min dollar arasında dəyişir.

Dünya liderləri 25 oteldə qalacaq. Sammitə görə bəzi günlər bölgədən təyyarə uçuşlarına da icazə verilməyəcək. İstisna təkcə Səudiyyə Ərəbistanı kralı Salmana və onun nümayəndə heyətinə olacaq. Kral və heyəti Kundu bölgəsindəki “Mardan Palace” otelində qalacaq. Konfranslar üçün Bələkə gedib-gələcək. Üçmərtəbəli bağçası ilə birlikdə 3500 kvadratmetr ərazini əhatə edən “Crown Villa”da xüsusi aşpaz, xidmət heyəti, təmizlik heyəti var. “Playstation” otağının da olduğu villa gülləkeçirməz şüşələr və xüsusi kamera sistemi ilə mühafizə edilir. ABŞ prezidenti Barak Obama burda qalacaq.

Qolf meydançasındakı ağaclarla yarı təcrid edilmiş ikimərtəbəli villanın ərazisi 630 kvadratmetrdir. Dörd yataq otağı, dincəlmək otağı, saunalı hamamı və türk hamamı var. Villada 42 özəl xidmət servisi, VİP hava limanı xidməti də var. Qəzet yazır ki, Azərbaycan prezidenti İlham Əliyev bu oteldə qalacaq. Otelin “Ela Royal King” və “Ela Royal Resident” villalarında cakuzi, hamam, kinoteatr, xüsusi hovuzu var. İkimərtəbəli lüks nömrənin üst mərtəbəsinin eyvanında mənzərəsi dənizə açılan cakuzi var.

“Mardan Palace”nin kral otağı qızıldan olan əşyalarla bəzədilib. “Royal Suite” (ən bahalı nömrə) iki böyük eyvanı xaric 600 kvadratmetrdir. Lüks hamamı olan yataq otağı, dağ mənzərəli eyvan, kinoteatr, SPA, sauna, 115 kvadratmetrlik cakuzili hovuz, piano v s. var. Özəl hovuzu olan “Villa Ducale”lərin böyüklüyü 140-180 kvadratmetr arasında dəyişir. Hər birinin özünə aid xüsusi bağçası və eyvanı var. Cakuzili hamamı, üç yataq otağı, dincəlmə otağı, mətbəxi, xidmətçi otağı var.

“Kempinski”nin 18 xüsusi villası var. Otaqlarındakı liftlər qızıla çəkilib. Səlcuqlu stilindəki ən bahalı nömrə (“Selcuklu Suite”) Almaniya kansleri Angela Merkel üçün hazırlanıb. 200 kvadratmetr böyüklüyündədir, iki yataq otağı və böyük zalı var.(virtualaz.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1145 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...