Elton Məmmədov Milli Məclisin iclasına gəlmədi

Elton Məmmədov Milli Məclisin iclasına gəlmədi


Milli Məclisin 91 saylı Ucar seçki dairəsindən deputatı Elton Məmmədov parlamentin bugünkü iclasına qatılmayıb

Modern.az saytının əməkdaşı bunun səbəbini araşdırmağa çalışsa da, deputatla əlaqə saxlamaq mümkün olmayıb. Elton Məmmədovun Milli Məclisin indiyə kimi bütün toplantılarında iştirak etdiyi nəzərə alınanda, onun bugünkü iclasa qatılmamağı diqqət çəkib. Üstəlik deputatın qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun özü, ailə üzvləri və ən yaxın çevrəsi ilə bağlı ardı-arası kəsilməyən çeşidli informasiyaların yayılması fonunda Elton Məmmədovun Milli Məclisaə gəlməməyi maraq kəsb edə bilər.

Qeyd edək ki, Elton Məmmədov Milli Məclislə vidalaşmağa hazırlaşan deputatlardandır. O, 1 noyabrda keçiriləcək parlament seçkilərində namizədliyini irləi sürməyib. Onun əvəzinə həmin dairədən hakim Yeni Azərbaycan Partiyasının namizədi Vüsal Hüseynovun deputat mandatına sahiblənəcəyi gözlənilir. Son günlər ölkə mətbuatında yazılan xəbərlərdə Məmmədovların başının üstünü "qara buludların" aldığı iddia olunur. Qeyd edilir ki, Elton Məmmədovun deputatlıqdan yola salınması onun qardaşı, nəqliyyat naziri Ziya Məmmədovun istefaya göndəriləcəyilə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...