Putin azərbaycanlı iş adamına "Dostluq" ordeni verdi

Putin azərbaycanlı iş adamına "Dostluq" ordeni verdi

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə regional bölməsinin sədri, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovu "Dostluq" ordeni ilə təltif edib. Bu barədə məlumat Rusiya prezidentinin hüquqi informasiya portalında yerləşdirilib.

Rusiya prezidentinin sərəncamında ali dövlət mükafatının Ə.Rəhimova əmək fəaliyyətindəki uğurlarına və çoxillik vicdanlı fəaliyyətinə görə verildiyi qeyd olunub. Xatırladaq ki, Ə.Rəhimov Moskva vilayətində fəaliyyət göstərən "Günay" istehsalat-kommersiya şirkətinin direktoru vəzifəsində çalışır (APA).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1012 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...