Yaxın iki gündə güclü külək olacaq

Yaxın iki gündə güclü külək olacaq

Aprelin 22-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru buludlu olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.


Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi metereoloji proqnoza gəlincə, aprelin 22-si və 23-də Abşeron yarımadasında xəzri küləyinin güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...