Günel Mövludun qardaşlarının həbsi barədə rəsmi açıqlama

Günel Mövludun qardaşlarının həbsi barədə


Daxili İşlər Nazirliyi şairə Günel Mövludun qardaşlarının həbsinə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, dünən polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində Vəkil İmanov Biləsuvar rayonunda, onun qardaşı Raci İmanov isə Sumqayıt şəhərində saxlanılıblar: “Hal şahidlərinin iştirakı ilə üzərilərinə keçirilən baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb. Hazırda hər iki faktla bağlı araşdırmalar aparılır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...