Əli İnsanov azadlığa çıxmaq istəyir - qardaşının yasına görə

Əli İnsanov azadlığa çıxmaq istəyir -


Sabiq səhiyyə naziri Əli İnsanovun dünyasını dəyişən qardaşının - Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət edilib. Bu haqda Modern.az saytına Ə.İnsanovun hüquqlarını müdafiə edən vəkil Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, sabiq nazirə acı xəbəri məhz vəkilləri bildirib: “Çox məyus oldu. Yas mərasimində iştirak etmək istəyir. Biz də buna müvafiq olaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazılı müraciət etmişik”.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ildə parlament seçkisi öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib, daha sonra iqtisadi cinayətlərdə təqsirli bilinib.
2007-ci ilin aprel ayında İnsanov korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sabiq nazir artıq 10 ildir həbs cəzası çəkir və gələn il onun azadlığa buraxılacağı gözlənilir.

Ə.İnsanovun qardaşı Məhəmməd Binnətovbu gün vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
971 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...