AFFA klubları cəzalandırdı

AFFA klubları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Əvəzedici heyətlərin XXX turunun “Bakı” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Əvəzedici heyətlərin XXX turunun “Simurq” – “Qarabağ” matçının 45-ci dəqiqəsində “Qarabağ” klubunun 33 nömrəli futbolçusu Şəhriyar Əliyev meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

I Divizionun XXIV turunun “Rəvan” – “Qaradağ Lökbatan” matçının 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayevin göstərişilə meydançanı tərk edib. Klub prezidenti öz hərəkətləri ilə yaranmış vəziyyəti daha da gərginləşdirib, hakimləri təhqir edib. Lakin matçın hakim-inspektorunun təkidi ilə oyun 12 dəqiqədən sonra bərpa olunub və matç sona qədər oynanılıb.

Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

-“Rəvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

Oyunun 77-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Əfqan Talıbov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu meydanı tərk edərkən klubun prezidenti Tahir Mustafayev geniş kütlə qarşısında hakimlər briqadasını və hakimlər komitəsini təhqir etdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubu meydançanı özbaşına tərk etdiyinə görə klub 1000 manat cərimə olunur. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 77 nömrəli futbolçusu Ceyhun Cavadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...