İmişlinin icra başçısı borc qalmaqalının güdazına gedir: Hacıyevi yola salmaq vaxtı gəldi

İmişlinin icra başçısı borc qalmaqalının güdazına gedir:


Vilaym Hacıyev sahibkarlarla arasındakı pul məsələsinə görə işdən çıxarılır. Hələ bir müddət əvvəl İmişlinin icra başçısı Vilyam Hacıyevlə sahibkarlar arasında ciddi borc qalmaqalının yaşandığı barədə məlumat yayılmışdı. Həmin borc qalmaqalı rayonda aparılan abadlıq və quruculuq işlərində iştirak etmiş şirkətlərlə icra başçısı arasında baş verib və ortada 10 milyon manata yaxın bir vəsaitdən söhbət gedir.

Alınan son məlumata görə, Vilyam Hacıyev iş gördürüb, pulunu vermədiyi sahibkarların şikayətlərindən sonra vəzifəsini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Daxil olan bilgilərdə vurğulanır ki, İmişlinin icra başçısı barədə rəsmi qurumlara müraciət edən iş adamları, xərclədikləri pulların geri verilməməsindən şikayətçi düşüblər. Dəfələrlə Hacıyevə müraciətlərinin də bir nəticəsi olmadığını vurğulayıblar. Bu səbəbdən də onlar gördükləri işlərin müqabilində çatacaq pullarını rəsmi qurumların yardımları ilə geri qaytarılmasının təmin edilməsinə xahiş ediblər.

Verilən məlumatlarda vurğulanır ki, borc qalmaqalının bu şəkildə şişməsi və ictimailəşməsi rəsmi dairələri də narahat edib. Onlar hazırkı vəziyyətdə bir icra başçısının belə qalmaqallı duruma düşməsindən məmnun olmayıblar. Və həmin səbəbdən də Vilyam Hacıyevin işdən çıxarılmasını daha optimal yol kimi görüblər.

Mənbə bildirir ki, İmişlinin icra başçısı ilə bağlı yekun qərar ən geci gələn həftə verilə bilər. İddialara görə, İmişli rayonuna ayrılmış pulların hesabatı da aparılıb və bu qədər borcun yaranmasının səbəbləri araşdırılıb. Gəlinən qənaət isə odur ki, Vilyam Hacıyev özbaşınalığa yol verib. Bu səbəbdən də görəvindən alınması qətiləşib.\ Xalqxəbər\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...