Türk dövlətləri klubları arasında turnir keçirilə bilər

Türk dövlətləri klubları arasında turnir keçirilə bilər

Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek Ümumilli Lider Heydər Əliyevin xatirəsinə türk dövlətlərinin futbol klubları arasında bir turnirin keçirilməsini təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin də bu təklifi çox isti qarşıladığı bildirilib.
Məlumata görə, İ.Əliyev “Qarabağ”la “Qalatasaray” arasında növbəti oyunun Qarabağda keçirilməsi ilə bağlı göstəriş verib. Qarabağda oyunların keçirilməsi üçün stadionun olmadığının xatırladılmasından sonra Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı təcili tədbirlər görülməsinə göstəriş verdiyi və avqustun sonunda oyunun keçirilməsinin nəzərdə tutulduğu bildirilib.
Xatırladaq ki, martın 26-da Bakıda “Qarabağ” və “Qalatasaray” klubları arasında xeyriyyə məqsədli yoldaşlıq matçı keçirilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...