Bakıda faciə - Ana və övladı doğuşda öldü

Bakıda faciə -


Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.

GUNDEMİNFO.AZ Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.

Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
294 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...