“Barselona” “Siti”nin daha bir futbolçusunu transfer etdi - RƏSMİ

“Barselona” “Siti”nin daha bir futbolçusunu transfer etdi -

İspaniyanın “Barselona” klubu daha bir transferi reallaşdırıb.

Klub ispaniyalı mərkəz müdafiəçisi Erik Qarsiyanın keçidini açıqlayıb.

20 yaşlı futbolçu “Mançester Siti”dən sərbəst futbolçu kimi Kataloniya təmsilçisinə qayıdıb. 2017-ci ildə “Barselona” Akademiyasından “Mançester Siti”yə qoşulmuş futbolçu ilə beş illik müqavilə imzalanıb.

Qeyd edək ki, dünən “Barselona” “Mançester Siti”dən argentinalı hücumçu Serxio Aqueronu transfer etdiyini açıqlamışdı. 32 yaşlı futbolçu ilə iki illik müqavilə bağlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...