Çempionlar Liqasında iştirak edəcək Azərbaycan klubu müəyyənləşdi - ÖZƏL

Çempionlar Liqasında iştirak edəcək Azərbaycan klubu müəyyənləşdi -

Azərbaycanı növbəti mövsüm (2021/22) futzal üzrə Çempionlar Liqasında təmsil edəcək komanda bəllidir.

Gundeminfo.az əldə etdiyi xəbərə görə, bu, növbəti dəfə “Araz” olacaq.

Ötən mövsüma pandemiyaya görə futzal üzrə Azərbaycan çempionatı keçirilmədiyindən, ölkə çempionu müəyyənləşməyib. Lakin Azərbaycan Futzal Federasiyası ötən mövsümlük avrokuboklar üçün də millinin bazası sayılan “Araz”dan yararlandığından, bu dəfə də seçimi Naxçıvan klubu üzərində edəcək. Federasiya yaxınlarda iclas keçirərək bu məsələni rəsmiləşdirəcək və həmin klubun adını UEFA-ya təqdim edəcək.

Qeyd edək ki, iyulun 7-də Çempionlar Liqasının püşkü atılacaq. “Araz” 2021/22-ci il avrokubok mövsümünə turnirin 26-31 oktyabr tarixlərində keçiriləcək əsas mərhələsindən başlayacaq.

Xatırladaq ki, dünən AFFA İcraiyyə Komitəsi çıxardığı qərarla futzal üzrə Çempionlar Liqasında çıxış edəcək komandanı müəyyənləşdirməyi Azərbaycan Futzal Federasiyasına tapşırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...