Çempionlar Liqası: 12 klub növbəti mərhələyə yüksəldi
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
Gundeminfo.az-ın məlumatına görə, ilk oyun günündə 12 qarşılaşma gerçəkləşib. Estoniyanın "Flora", İsveçin "Malmö", Cəbəllütariqin "Linkoln", Moldovanın "Şerif", Macarıstanın "Ferentsvaroş", Sloveniyanın "Mura", Rumıniyanın ÇFR, Finlandiyanın HİK, Litvanın "Jalgiris", Slovakiyanın "Slovan" (Bratislava), Bolqarıstanın "Lüdoqorets" və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandaları Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlib.
ÇFR və "Slovan" əlavə vaxtda vurduqları qolla mərhələ adlayıblar. Bu komandalardan ÇFR səfər qolu qaydasının ləğvindən sonra adını növbəti mərhələyə yazdıran ilk klub olub.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
13 iyul
20:00. “Hibernians” (Malta) - "Flora" (Estoniya) - 0:3
İlk oyun - 0:2
20:00. "Riqa" (Latviya) - Malmö” (İsveç) - 1:1
İlk oyun - 0:1
20:00. "Linkoln" (Cəbəllütariq) - “Fola Eş” (Lüksemburq) - 5:0
İlk oyun - 2:2
21:00. "Şerif" (Moldova) - "Teuta" (Albaniya) - 1:0
İlk oyun - 4:0
22:00. "Priştina" (Kosovo) - “Ferentsvaroş” (Macarıstan) - 1:3
İlk oyun - 0:3
22:00. "Mura" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) - 5:0
İlk oyun - 1:0
22:00. "Borats" (Bosniya və Herseqovina) - ÇFR (Rumıniya) - 2:1 (əlavə vaxt - 0:1)
İlk oyun - 1:3
22:30. "Buduçnost" (Monteneqro) - HİK (Helsinki, Finlandiya) - 0:4
İlk oyun - 1:3
22:45. “Linfild” (Şimali İrlandiya) - "Jalgiris" (Litva) - 1:2
İlk oyun - 1:3
23:00. "Şemrok Rovers" (İrlandiya) - "Slovan" (Bratislava, Slovakiya) - 2:1 (əlavə vaxt - 0:1)
İlk oyun - 0:2
23:30. "Şaxtyor" (Soliqorsk, Belarus) - "Lüdoqorets" (Bolqarıstan) - 0:1
İlk oyun - 0:1
00:00. "Valür" (İslandiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
İlk oyun - 2:3.
Qalan 4 kollektivin adına iyulun 14-də aydınlıq gələcək.
243 dəfə oxundu