Avropa çempionu "Milan"la vidalaşdı

Avropa çempionu "Milan"la vidalaşdı

İtaliya milli komandasının qapıçısı Canluici Donnarumma "Milan" klubu ilə vidalaşıb.

Gundeminfo.az-ın məlumatına görə, 22 yaşlı qolkiper karyerasını Fransa PSJ-sində davam etdirəcək. Onun "qırmızı-qaralar"la müqaviləsi iyunun sonlarında başa çatıb.

PSJ Donnarumma ilə 2026-cı ilədək anlaşıb. Onun illik maaşı 12 milyon avro olacaq.

Qeyd edək ki, Canluici Donnarumma ötən mövsüm "Milan"da 48 oyuna çıxıb və bunların 15-də qapısını toxunulmaz saxlayıb. O, 2015-ci ildən "qırmızı-qara" formanı geyinirdi. Donnarumma İtaliya yığmasının əsas qapıçısı kimi Avropa çempionu olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
233 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...