Güləşçilərimiz Macarıstandan 8 medalla qayıdır

Güləşçilərimiz Macarıstandan

Azərbaycanın yeniyetmə güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında 8 medal qazanıb.

Gundeminfo.az
xəbər verir ki, medallardan 1-i gümüş, 7-si bürünc əyarlı olub.

Yeganə gümüş medalı qadın güləşində Ruzanna Məmmədova (46 kq) əldə edib.

Sərbəst güləşçilərdən Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq) və Yusuf Dursunov (92 kq), yunan-Roma güləşçilərindən isə Fəraim Mustafayev (48 kq), Rəhman Kərimov (51 kq), Ruslan Nurullayev (71 kq) və Cocu Səmədov (80 kq) bürünc medala layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...