Sumqayıtda orta aylıq əməkhaqqı 14 % artıb

Sumqayıtda orta aylıq əməkhaqqı 14 % artıb
Bu ilin yanvar-sentyabtr aylarında Sumqayıt şəhərində orta aylıq əməkhaqqı 850 manat təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.

Hesabat dövründə Sumqayıtda 1 121 yeni iş yeri açılıb.

9 ay ərzində şəhərdə ticarət dövriyyəsinin dəyəri isə 400 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 22,6 % çoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
406 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...