İnfiniti ilə Zaparojes toqquşdu - 5 yaralı

İnfiniti ilə Zaparojes toqquşdu - 5 yaralı


Ucarda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun 235-ci km-də, Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

“Zaporoje” və “İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Göyçay rayon sakinləri olan “Zaporoje” markalı minik avtomobilinin sürücüsü 1985-ci il təvəllüdlü Rəhimov Elnur Söhrab oğlu, sərnişinləri 1985-ci il təvəllüdlü Əhmədova Səidə Ramil qızı və onun azyaşlı övladı, 2012-ci il təvəllüdlü Əhmədova Kənan Taleh oğlu, Sumqayıt şəhər sakinləri olan “İnfiniti” markalı minik avtomobilinin sərnişinləri 1956-cı il təvəllüdlü Əliyeva Sənubər Zabit qızı və onun oğlu, 1976-cı il təvəllüdlü Rəhimov Teymur Sabir oğlu xəsarət alıblar. Xəsarət alanlar Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
346 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...