“31 Mart-qan yaddaşımıza və can yaddaşımıza yazılan yazı”

Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq təhsil şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “31 Mart-qan yaddaşımıza və can yaddaşımıza yazılan yazı” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.

Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə olmuşdur. Yekun turda 37 ümumtəhsil məktəbindən 37 nəfər şagird iştirak etmişdir. İnşa yazısına iki akademik saat vaxt ayrılmışdır.

I yerə şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Nərgiz Məmmədzadənin, II yerə Umudlu kənd tam orta məktəbin XI sinif şagirdi Fatimə Sultanovanın, III yerə isə şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi Aynur Yusiflinin yazdığı inşalar layiq görülmüşdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...