Neft sürətlə ucuzlaşır - 38 dollara düşdü

Dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə edilir. Lent.az Bloomberg-ə istinadən xəbər verir ki, bu gün keçirilən hərraclarda Brent neftinin bir barelinin dəyəri 40,43 dollaradək yüksəlsə də, sonradan 38,63 dollara enib. ABŞ-ın bazara çıxardığı Qərbi Texas markalı neftin bir barelinin dəyəri isə 38,56 dollardan 36,78 dollaradək geriləyib.

Neftin qiymətindəki ucuzlaşma meylləri davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
310 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...