"​Türkiyədə 27 424 müəllim və təhsil işçisinin fəaliyyəti dayandırılıb"

"Təhsil sahəsində işləyən 27 424 müəllim və əməkdaşın fəaliyyəti dayandırılıb". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri İsmet Yılmaz bildirib. "Ancaq Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı hadisələrdən şagirdlər ziyan görməyəcək. Onların hamısı dövlət müəssisələrində təhsilini davam etdirəcək ", - deyə İ.Yılmaz söyləyib.

Onun sözlərinə görə, əlavə müəllimlər seçiləcək: "Türkiyəyə sığınan 514 suriyalı müəllim işə götürüləcək". İ.Yılmaz bildirib ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra 138 min şagirdin təhsil aldığı özəl məktəblər bağlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...