Moskvada Ermənistandan olan miqrantlara nəzarət artırıldı

Gömrük İttifaqı ölkələrindən, o cümlədən Ermənistandan Moskvaya işləmək üçün gələn miqrantlar şəhər rəhbərliyinin ciddi nəzarəti altında olacaq. "Report" xəbər verir ki, bu barədə Regional Təhlükəsizlik və Korrupsiyaya qarşı mübarizə idarəsinin Moskva şöbəsinin rəhbəri Aleksey Mayorov bildirib.

"Şəhərdə lisenziyasız işləmək hüququna malik bir neçə kateqoriyadan olan vətəndaşlar var. Bura həmçinin Vahid Gömrük İttifaqına üzv olan ölkələrin vətəndaşları daxildir. Yoxlamalar göstərib ki, məsələn, ticarət və xidmət sahəsində çalışan bu şəxslər heç də həmişə müvafiq tibbi sənədlərə malik olmur. İşəgötürənlər isə heç də həmişə onların adını vergi üzrə rəsmi hesablara salmır", - deyə o bildirib.

Şöbə rəhbəri qeyd edib ki, 2016-cı ilin sonuna qədər Moskva və federal səviyyədə konkret təkliflər hazırlanacaq. Xatırladaq ki, Gömrük İttifaqına Rusiyadan əlavə Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
295 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...