"Bəzi "xruşşovka"ların sökülməsi gündəmdədir" - İnstitut direktoru

"Bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir". "APA-Economics" xəbər verir ki, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib.

"Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir", - deyə İ. İsbatov bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...