“Moody's” Azərbaycanın suveren reytinqini dəyişmədi


“Moody's” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib.
“Report” xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi “Ba1”, proqnoz isə “neqativ” səviyyədə saxlanılıb.

Xatırladaq ki, “Moody's” agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də “Baa3” səviyyəsindən azaldaraq “Ba1”-ə endirib, proqnozu “stabil”də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə agentlik 2016-cı il aprelin 29-da “neqativ”ə endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...