DGK xətti ilə büdcə daxilolmaları 70%-dək artıb

Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 173 mln. 653,49 min manat daxil olub.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 70 mln. 26,83 min manat və ya 67,57% artıb.

Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 44 mln. 217,05 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 124 mln. 631,39 min manat, aksizlər üzrə 2 mln. 691,77 min manat, yol vergisi üzrə isə 2 mln. 113,27 manat təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...