Dekabrda Azərbaycan EBRD-dən 28 mln. avro alıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 28 mln. avro yaxud 1,06% artaraq 2017-ci il yanvarın 1-nə 2 660 mln. avroya yüksəlib. “Report”un məlumatına görə, Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı da artaraq 160-dan 161-ə çatıb. Bunun strukturunda özəl sektorun payı isə 2 faiz bəndi azalaraq 52%-ə düşüb.

Məlumata görə, Azərbaycanın Banka ödənişlərinin həcmi 33 mln. avro yaxud 1,76% artaraq 1 906 mln. avroya çatıb. EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 40 mln. avro və yaxud 6,38% azalaraq 587 mln. avroya düşüb. Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 46 mln. avro yaxud 4,55% azalaraq 966 mln. avroya bərabər olub. Qeyd edək ki, EBRD-nin Azərbaycanda aktiv layihələrinin sayı da 1 vahid azalıb. Hazırda Bank Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...