Markov: “Səfir Karlovu MKİ öldürüb”

Markov: “Səfir Karlovu MKİ öldürüb”


Türkiyədəki mərhum səfiri Andrey Karlovun öldürülməsi Mərkəzi Kəşfiyyat İdarəsi ilə bağlı ola bilər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rusiyalı politoloq Sergey Markov söyləyib.

“Barak Obamanın rus səfirinin öldürülməsinə razılıq verdiyinə inanmıram. Bu, ağlıma da gəlmir. Məncə, MKİ Obamanın nəzarətindən çıxaraq, öz siyasətini tətbiq etməyə başladı. Onlar əslində Nüsrə Cəbhəsi və Ukraynadakı terrorçularla əlaqələrə sahibdirlər. Dolayısı yolla Amerika kəşfiyyatının Karlovun ölümü ilə bağlı olmasından şübhələmək üçün bütün əsaslar var”, – deyə o bildirib.

Qeyd edək ki, Karlov ötən ilin dekabrın 19-da rəsm sərgisində öldürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
409 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...