Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edildi

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəis müavini təyin edildi


Prokurorluq orqanlarında yeni təyinat olub.

Gundeminfo.az xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovunun müvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.

Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib./apa/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...