Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna mayın 1-dək daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2017-ci il mayın 1-dək fonda 81.662.003,27 AZN, 212.673,88 ABŞ dolları, 7136,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
293 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...