Sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçiriləcək — Nələr müzakirə ediləcək?

Sabah Mərkəzi Bankın İdarə Heyətinin iclası keçiriləcək —

Avqustun 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçiriləcək. Gundeminfo.az "Report"-a istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək.

Bank mütəxəssislər bu göstəricinin indiki 15%-dən 12%-ə endiriləcəyini proqnozlaşdırırlar. Bu baş versə, ardınca Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarı ilə Azərbaycan manatı ilə qəbul edilən əmanətlərin sığortalanması faizi (hazırda 15%-dir) də azaldıla bilər.

Xatırladaq ki, iyunun 22-də keçirilmiş iclasda qurumun İH-i uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz (18%) saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...