Talibandan ABŞ-a sülh təklifi: Savaşdan imtina edək

Əfqanıstandakı böhranın sülh yolu ilə həlli Talibanla birbaşa müzakirələrdən keçir.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Taliban yayıb.

“İşğalın sona çatması üçün Əfqanıstan böhranının sülh yolu ilə həllini istəyirik. Amerika və müttəfiqləri Əfqanıstan böhranını hərbi yolla həllinin olmadığını anlamalıdır. Son 17 ildə dəfələrlə sınaqdan keçirilən hərbi strategiyalar yalnız savaşı qızışdırmağa və uzatmağa yardım edib. Bunu davam etdirmək heç kimin marağına xidmət etmir”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə ABŞ Talibanla danışıqlara hazır olduğunu açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...