Bu il əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi azalıb

Bu il Azərbaycan banklarında yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 914,6 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Hesabatdan məlum olur ki, 2018-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği artıb. Belə ki, 2017-ci ilin dekabr ayı ilə müqayisədə bu ilin yanvarında banklar tərəfindən cəlb olunan depozitlərin məbləği 0,12% və ya 19,7 mln. manat artıb.

Bu il fevralın 1-nə əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 482,5 mln. manat təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 0,8% və ya 60 mln. manat azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
352 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...