Pakistan SOCAR-la LNG qiymətinin müzakirəsi üçün Komitə yaradıb

Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsinin razılığı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Pakistan LNG Limited” (PLL) şirkəti arasında LNG (Liquified Natural Gas - Mayeləşdirilmiş təbii qaz) qiymətinin müzakirəsi üçün Qiymət Müzakirə Komitəsi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə “Associated Press of Pakistan”a bildirilib.

Qeyd olunub ki, Azərbaycan və Pakistan arasında ötən il imzalanan hökumətlərarası müqavilədən sonra PLL şirkəti SOCAR-la LNG nəqli ilə bağlı danışıqlar aparır. Müqavilənin ardınca Pakistan dövləti neft məhsullarının alışı və satışı, LNG nəqli və LNG terminallarının yaradılması üçün Dövlət Neft Şirkəti (PSOCL), PLL, “Pakistan LNG Terminal Limited” (PLTL), Neft və Qaz İnkişaf Şirkəti (OGDCL), “Pakistan Petroleum Limited” şirkətlərinə danışıqların aparılması səlahiyyətini verib.

Azərbaycan tərəfindən isə səlahiyyətli şirkət SOCAR-dır. Mənbələrin bildirdiklərinə görə, neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə Pakistan Dövlət Neft Şirkəti tərəfindən hazırlanıb. Mənbələr bildiriblər ki, Pakistanda LNG sektoruna investisiya qoymağa böyük şirkətlər maraq göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
305 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...