“BP-Azerbaijan”: Güclü küləyin təhlükə yarada biləcəyi bütün işlər dayandırılıb

“BP-Azerbaijan” şirkəti güclü hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

“BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının “APA-Economics”ə verdiyi açıqlamaya görə, şirkətin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur.

"Hazırda bugünkü hava şəraitinə uyğun prosedurlar işə salınıb. Yəni, açıq havada küləyin təhlükə yarada biləcəyi bütün işləri, o cümlədən ağır yüklərin və əşyaların hündürlüyə qaldırılması, kran işləri və sair işləri dayandırmışıq. Bundan başqa, açıq havada işləyən işçilərin sayı yalnız ən vacib əməliyyat işlərini aparmaq üçün məhdudlaşdırılıb, avadanlıqlar möhkəm bağlanıb. Eləcə də əşyaların yıxılmaması və uçmaması üçün tədbirlər görülüb", - deyə T. Bayatlı vurğulayıb.

“BP-Azerbaijan” rəsmisi əlavə edib ki, güclü küləklə əlaqədar şirkətin neft və qaz hasilatı, ixracı və qazma əməliyyatlarını dayandırmaq planları yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...