Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırıldı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nı təsdiq edib.
"Ölkə.Az"ın məlumatına görə, Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlar aşağıdakılardır:

Təhsil müəssisələri:

Azərbaycan Turizm və Menecment Universiteti;

Bakı Turizm Peşə Məktəbi;

Mingəçevir Turizm Kolleci.

Dövlət qoruqları:

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

Azərbaycan Respublikasının “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu;

“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla);

“Kiş” Tarix-Memarlıq Qoruğu.

Turizm İnformasiya mərkəzləri:

Bakı Turizm İnformasiya Mərkəzi (“Baku City Tour” turist avtobusları daxil olmaqla);

Şamaxı Turizm İnformasiya Mərkəzi;

Xaçmaz Turizm İnformasiya Mərkəzi;

Quba Turizm İnformasiya Mərkəzi;

Lənkəran Turizm İnformasiya Mərkəzi;

Gəncə Turizm İnformasiya Mərkəzi;

Şəki Turizm İnformasiya Mərkəzi;

Zaqatala Turizm İnformasiya Mərkəzi;

Qəbələ Turizm İnformasiya Mərkəzi;

İsmayıllı Turizm İnformasiya Mərkəzi;

Bərdə Turizm İnformasiya Mərkəzi.

Təsərrüfathesablı qurumlar:

“Azərbaycan Konqreslər Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti;

“Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti.

Digər qurumlar:

Milli Kulinariya Mərkəzi.

Bundan başqa Azərbaycanda 7 dövlət tarix-memarlıq və tarix-mədəniyyət qoruğu da Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda əksini tapıb.

Qərara əsasən, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla) və “Kiş” Tarix-Memarlıq Qoruğu Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısına daxil edilib.

Qeyd edək ki, bu qoruqlar əvvəllər Mədəniyyət və Turizm Nazirliyinin tərkibinə daxil olub. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1184 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...