Azərbaycanda problemli kreditlər artmaqda davam edir

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 782,1 mln. manat təşkil edib. “Ölkə.Az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,1% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 9,55% artıb, ötən il avqustun 1-nə nisbətən isə 1,7% azalıb. İyulun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,6% təşkil edib. Bu nisbət iyunun sonuna 14,4%, ötən il iyulun sonuna isə 14,1% təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
274 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...