SOCAR istiqrazları yerli kapital bazarına yeni maliyyə alətlərinin çıxarılmasını stimullaşdırır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstiqrazları ilə təkrar bazar əməliyyatlarının dəyəri 170 mln. ABŞ dollarına çatıb.
“Report”un analitik qrupu bildirir ki, bu rəqəmin 79 mln. dollarlıq hissəsi 2018-ci ildə formalaşıb və ilin əvvəlindən yerli korporativ istiqraz bazarındakı əməliyyatların 90%-dən çoxunu təşkil edib.
Bundan başqa, təkcə bu il “Bakı Fond Birjası” QSC-də SOCAR istiqrazları ilə əlaqədar 790 müqavilə bağlanılıb ki, bu da bu da digər korporativ istiqrazlarla müqayisədə 25 dəfə çoxdur. İstiqrazlara marağın yüksək olması özünü onların qiymətində də göstərir. Nominal dəyəri 1 000 dollar olan istiqrazlar bir qədər əvvəl təkrar bazarda 1 032 dollardan realizə edilib ki, bu da rekord hədd hesab olunur. Elə bu qiymətə də hazırda onları marketmeyker qismində çıxış edən "PSG-Kapital” investisiya şirkəti potensial investorlara təklif edir.
Sirr deyil ki, SOCAR İstiqrazları ilə ticarətin aktiv olması qiymətli kağızların dollarla buraxılması, illik gəlirliliyin kifayət qədər yüksək – 5% olması, likvidliklə bağlı probleminin olmaması (istənilən vaxt nominal qiymətlə SOCAR tərəfindən geri alına bilməsi), faiz ödənişlərinin vaxtında həyata keçirilməsi ilə bağlıdır. Artıq fiziki şəxslər bank əmanətlərinə alternativ kimi məhz bu istiqrazlara investisiyanı seçirlər.
Halbuki, SOCAR-ın yerli kapital bazarında iştirakına qədər fərdi şəxslər demək olar, istiraz almırdılar. Baxmayaraq ki, Maliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu, hətta ölkənin ən iri maliyyə və qeyri-maliyyə təşkilatları hər il yüz milyonlarla manatlıq istiqraz emissiyası həyata keçirirdi.
Bu istiqrazları fiziki şəxs olan investorların əldə etməsinə məhdudiyyət olmasa da, həmin qiymətli kağızlara pul verən tapılmırdı. SOCAR istiqrazları isə belə bir problemlə üzləşmədi və Azərbaycanın kapital bazarını canlandırdı. Mövcud vəziyyət gələcəkdə kapital bazarına yeni maliyyə alətlərinin çıxarılmasını stimullaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...