Azərbaycanda 200 manatlıq əskinasların dövriyyədə olan həcmi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmini açıqlayıb.
Qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.
Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...