Azərbaycanlı iş adamları Türkiyəyə pul yatırırlar - MƏBLƏĞLƏR


2018-ci ilin ilk 11 ayında azərbaycanlılar tərəfindən Türkiyədə səhmdar kapitallı və məhdud məsuliyyətli 165 şirkət yaradılıb. Bu, 2017-ci ilin eyni dövründəkindən 36% çoxdur.

Bu barədə Türkiyə Ticarət Palatası və Birjalar Birliyi məlumat verib. Ötən il Azərbaycan kapitalının iştirakı ilə şirkətlərin səhmdarları yeni şirkətlərə 53,1 milyon türk lirəsi investisiya qoyub. Bu, ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur.

Azərbaycanlı sərmayəçilər bu şirkətlərin kapitalına 45,3 milyon lirə investisiya qoyub. Bu, 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən 2,5 dəfə çoxdur.

Azərbaycanlılar əsasən topdan və pərakəndə satış şirkətləri, mehmanxana və restoran biznesinə kapital qoyub - 24 mln lirə.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
238 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...