“Xalq Bank”ın səhmdarı ləğv olunur

“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunu elan edib. “Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...