Azərbaycanda bu il pivə istehsalı 13% artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 3 359,5 min dekalitr pivə istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə istehsal olunan pivənin həcmi 13,1% artıb. Cari ilin avqustun 1-nə ölkədə pivə üzrə hazır məhsul ehtiyatı 212,8 min dekalitr təşkil edib ki, bu da illik ifadədə 22,1% azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
473 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...