Azərbaycanın ABŞ-a ixracı üç dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ABŞ ilə apardığı ticarət mübadiləsinin həcmi 135,139 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycanın ABŞ-a ixracı 18,315 mln. dollar təşkil edib ki, bu da 2020-ci ilin eyni rübü ilə müqayisədə 3 dəfə çoxdur. ABŞ-dan idxalın həcmi isə 116,824 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 2,4 dəfə azdır.

Nəticədə, 2021-ci ilin ilk rübündə 98,508 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə azdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...