Kürdəmirdə 35 sürücü cərimələnib

Kürdəmirdə "Təmiz hava" aylığı aksiyası çərçivəsində reyd keçrilib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Rayon Polis Şöbəsinin YPB-nin əməkdaşları rayonda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə reydlər həyata keçirir.

Reydləri keçirməkdə əsas məqsəd ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsindən ibarətdir. Reyd DİN BDYPI-si tərəfindən tədbirlər planınına uyğun olaraq avtonəqliyyat vasitələrindən atılan zərəli tüllantıların atmosfer havasının çirklənməsinin qarşısının alınması və mühərriklərin işlənmiş qazlardan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrini müəyyən etmək qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi məqsədi daşıyır.

Eyni zamanda reyd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bu yönümdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bəzi sürücülər bu kimi reydlərin keçrilməsinin ətraf mühitin qorunmasının vacibliyini qeyd edərək digər sürücülərədə səsləndilər. Bəziləri isə avtomaşınlarının normal işlədiyini bildirərək polisin yoxlamasından narazılıq edib təkrar yoxlama tələb etdilər.

Reyd zamanı 50 yaxın avtonəqliyat vasitəsi saxlanılıb və onlardan 35 yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tətbiq olunub. Bu cür reydlər Kürdəmir RPŞYPB-nin əməkdaşları tərəfindən ilin sonuna qədər mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
370 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...