"Fitch" Azərbaycanda inflyasiya üzrə proqnozunu azaldıb

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımının 3,9% təşkil edəcəyi gözlənilir. Halbuki bundan öncə agentliyin gözləntiləri 4%-ə bərabər idi.

"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2022-ci ildə illik inflyasiya səviyyəsinin 3,8% olacağı proqnozlaşdırılır. Bu ötən proqnoz ilə müqayisədə 0,9 faiz bəndi azdır.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna əsasən isə, bu il Azərbaycanda illik inflyasiyanın səviyyəsi 3,5%, gələn il 3,2%, 2023-cü ildə isə 3% təşkil edəcək.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4±2% diapazonunda formalaşacağını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...