SOCAR-dan Türkiyə idmanına sponsorluq açıqlaması

"SOCAR-ın Türkiyənin futbol komandalarına sponsorluq edəcəyinə dair iddialar yalandır".

Bu barədə "Report"a SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Energy A.Ş.”nin Baş icraçı direktoru Zaur Qəhrəmanov bildirib.

Z.Qəhrəmanov az qala hər həftə bu məsələ ilə bağlı təkzib açıqlaması verdiklərini xatırladıb.

O, İzmirdə Aliağa yarımadasındakı basketbol üzrə bələdiyyə komandasına çoxdan sponsorluq etdiklərini deyib: "Petkim Spor Klubu bu şirkəti özəlləşdirməmişdən əvvəl bizdə idi. Hazırda hansısa komandaya sponsorluq etməklə bağlı layihə yoxdur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
373 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...